Çərşənbə, 24/Apr/2024, 07:49
Welcome Qonaq

Yemekosferlə daha dadlı olacaq!


Main » 2012 » Yanvar » 30 » Dovğa
23:57
Dovğa

1 litr qatıq
1 litr su (0.5 litr toyuq bulyonu+0,5 litr su daha ləzzətli olur)
100 gr çiy düyü
1 yumurta
Təzə göyərti – 100 gr. - keşniş, şuyud, kəvər, təzə (yaşıl) 

Hazirlanmasi
Qöyərtini yaxşıca yuyun. Kəvəri və başqa göylərin saplaqlarını ayrıca seçib narın doğrayın (bunlar daha gec bişir). Göyərtinin qalan hissəsini də doğrayıb başqa qaba yığın. Düyünü yuyub qazana tökün (qazan böyük olmalıdır), yumurtanı vurub yaxşıca çalın. Qatığı və su ilə qarışmış bulyonu əlavə edib qarışdırın, qoyun orta odun üstünə. Qatıq çürüməmək üçün, qaynayanacan arası kəsilmədən qarışdırın.
Sonra düyünün bişməsini yoxlayın. Düyü bişənə yaxın, kəvərlə başqa göyərtinin saplaqlarını, varsa göy sarımsağı əlavə edib 2-3 dəqiqə qaynadın. Sonra qalan göyərtini əlavə edib qazanı plitədən götürün.
Diqqət edin ki, duz ancaq dovğa bişəndən sonra əlavə olunur, çünki dovğanı çürüdə bilər. Qatıqla su arasında nisbət haqqında qeyd edim ki, qatıq nə qədər qatıdırsa, su o qədər çox əlavə olunmalıdır. Qatığı yalnız su ilə də açmaq olar. Ancaq bulyon əlavə edəndə daha dadlı olur. Dovğaya bişmiş noxud da əlavə etmək olar. Dovğa süfrəyə soyuq halda verilir.
Category: Digər | Views: 1084 | Added by: Yemekosfer | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Adınız *:
E-mail:
Kod *:
Daxİl ol
Menudakılar :)
Sulu yeməklər [4]
Xəmir yeməkləri [4]
Ət yeməkləri [1]
Börəklər [11]
Balıq yeməkləri [0]
Toyuq yeməkləri [1]
Plovlar [5]
Salatlar [5]
Kekslər [6]
Tortlar [3]
Yararlı bilgilər [1]
Şirniyyatlar [4]
Digər [3]
AxtarIş
Təqvİm
«  Yanvar 2012  »
B.B.eÇ.aÇ.C.aC.Ş.
1234567
891011121314
15161718192021
22232425262728
293031
Arxiv məqalələr
  • Yemekosfer Facebook-da 
  • Statİstİka

    Hal-hazırda yemək axtaranlar :) 1
    Qonaq sayı: 1
    İstifadəçi sayı: 0
    Copyright MyCorp © 2024
    Make a free website with uCoz