Çərşənbə axşamı, 19/Mar/2024, 10:00
Welcome Qonaq

Yemekosferlə daha dadlı olacaq!


Main » 2012 » Mart » 30 » Şəkərbura
10:59
Şəkərbura

36 ədəd şəkərbura alınır
Xəmir üçün:
1 kilo + 1 xörək qaşığı (mərhələ 3 üçün) əla növ un
400 qram kərə yağı
5 yumurta sarısı
250 qram xama
1/4 çay qaşığı duz
1/2 çay qaşığı vanil tozu
1/2 çay qaşığı quru maya (toz maya)
1 xörək qaşığı şəkər tozu
1/2 stəkan (125 m) ilıq süd
İçi üçün:
700 qram fındıq ləpəsi, və ya badam (qoz ləpəsi də olar, amma qozlu iç bir az tünd rəngdə alınır)
700 qram şəkər tozu
zövqə görə hil (mən təxminən 2 çay qaşığı qoyuram)
1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün unu və kərə yağını geniş qaba qoyun və əlinizlə toz halına gələnə kimi yaxşıca ovun.2. Ayrı qabda yumurta sarısını, xamanı, duzu və vanil tozunu qaşıqla qarışdırın.
3. Ayrı qabda toz mayanı, 1 x. q. unu, 1 x.q. şəkər tozunu qarışdırın. Üstünə 1/4 stəkan ilıq süd tökün. Qoyun kənarda təxminən 2 dəqiqə qalsın.
4. Yumurta-xama qarışığını və mayaı qarışığını un-yağ qarışığa əlavə edin.
5. Əlinizlə ərzaqlar qarışanadək xəmir yoğurun. Bu mərhələdə xəmir bir qədər quru olacaq. Onu yumuşaltmaq üçün əlinizi təxminən 1/4 stəkan ilıq süd olan qabda islada-islada xəmiri yoğurmağa davam edin.
6. Xəmiri kündələyin və üstünü örtərək 30-40 dəqiqəlik kənara qoyun.
7. İçi hazırlayın. Bunun üçün qovrulmuş və qabığı soyulmuş fındığı və ya qozu və yaxud qabığı soyulmuş badamı sürtkəcli maşından keçirin və narın üyüdün. Üstünə toz şəkəri, və ətirli olması üçün hil əlavə edib qarışdırın.
Fındıq və ya qoz ləpəsini qovurub qabığını soymaq üçün: Fındığı və ya qozu tavaya qoyun və orta odda tez-tez qarışdıra-qarışdıra, qabığı soyulmağa başlayanadək qovurun (diqqətli olun, yandırmayın). Qovurulan fındığı və ya qozu çay dəsmalının bir tərəfinə qoyub, dəsmalın o biri tətəfiylə fındığın üstünə basaraq, ovun. Qabıqlar ayrılacaq. Bəzilərinin qabıqları tamamilə soyulmayacaq - nu normaldır.
Badamların qabığını soymaq üçün: Badamı qazana qoyub üstünə qaynar su tökün. Qoyun suda təxminən 2 dəqiqə qalsın (suda çox tutmayin, yoxsa badam yumuşaq olar). Badamı süzün və qurulayın. Barmaqlarınızla qabığı çıxana kimi ovun.
8. Dincəlmiş xəmiri hər biri 50 qram olmaq şərtilə 36 kündəyə bölün.
9. Kündələrın qurumaması üçün, üstlərini örtün. Hər kündəni oxlovla diametri 10 cm olan kiçik dairələrə yayın.
10. Hər dairənin arasına 2 x.q. iç qoyun və dairəni yarım-ay şəklində bükün.
11. Kənarlarını bərkidin.
12. Sonra isə vintvari şəkildə bükün.
13. Sonra isə şəkərburaların üstünü bir-bir maqqaşla bəzəyin.
14. Şəkərburaları 180C dərəcəlik sobada təxminən 20 dəqiqə ərzində kənarları bir az qızarana kimi bişirin. Nuş Olsun!
Category: Şirniyyatlar | Views: 1526 | Added by: Yemekosfer | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Adınız *:
E-mail:
Kod *:
Daxİl ol
Menudakılar :)
Sulu yeməklər [4]
Xəmir yeməkləri [4]
Ət yeməkləri [1]
Börəklər [11]
Balıq yeməkləri [0]
Toyuq yeməkləri [1]
Plovlar [5]
Salatlar [5]
Kekslər [6]
Tortlar [3]
Yararlı bilgilər [1]
Şirniyyatlar [4]
Digər [3]
AxtarIş
Təqvİm
«  Mart 2012  »
B.B.eÇ.aÇ.C.aC.Ş.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Arxiv məqalələr
  • Yemekosfer Facebook-da 
  • Statİstİka

    Hal-hazırda yemək axtaranlar :) 1
    Qonaq sayı: 1
    İstifadəçi sayı: 0
    Copyright MyCorp © 2024
    Make a free website with uCoz