Çərşənbə axşamı, 19/Mar/2024, 14:07
Welcome Qonaq

Yemekosferlə daha dadlı olacaq!


Main » 2012 » Noyabr » 1 » Turşulu qovurma plov
16:00
Turşulu qovurma plov
Ərzaqlar:
4 st uzun düyü
1 kq sümüksüz suda bişmiş qoyun əti
1 kq təmizlənmiş şabalıd
4 ədəd baş soğan
4 x.q əridilmiş kərə yağı
1 st kişmiş
10 ədəd qaysı
10 ədəd albuxara ya da alça turşusu
Limon duzu
Sarıkök ya da zəfəran
Duz
İstiot
Qazmaq üçün:

3 x.q qatıq
1 ədəd yumurta
Hazırlanması:
Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.Doğranmış soğanı tavaya töküb duz səpib yağ əlavə edib qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğana 1/3 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq.Əti yağda qovururuq. Qovrulmuş ətin üzərinə limon duzu və istiot səpib qarışdırırıq.Ətin üstünə soğanı tökürük.Soğanın üstünə turşuları qoyuruq və şabalıdı tökürük. Ətin bulyonundan az əlavə edib vam odda bişməyə qoyuruq.Yuyulub təmizlənmiş kişmiş və qaysını yağda qovururuq.Düyünü adi qaydada bişirib süzürük. Düyünün üstünə ya zəfəran şirəsi ya da sarıkök tökürük.Düyünü dəmə qoyanda qazmaq hazırlayırıq. Yumurta ilə qatığı qarışdırıb qazanın dibinə töküb az düyü də töküb bərabər hündürlükdə təxminən 1 sm hündürlükdə yayırıq.Sonra düyünü tökürük üstünə yağ verib dəmə qoyuruq. Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdı. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir üstünə qazmaq qoyulur və yağ tökülür.
Category: Plovlar | Views: 1988 | Added by: Yemekosfer | Rating: 0.0/0
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Adınız *:
E-mail:
Kod *:
Daxİl ol
Menudakılar :)
Sulu yeməklər [4]
Xəmir yeməkləri [4]
Ət yeməkləri [1]
Börəklər [11]
Balıq yeməkləri [0]
Toyuq yeməkləri [1]
Plovlar [5]
Salatlar [5]
Kekslər [6]
Tortlar [3]
Yararlı bilgilər [1]
Şirniyyatlar [4]
Digər [3]
AxtarIş
Təqvİm
«  Noyabr 2012  »
B.B.eÇ.aÇ.C.aC.Ş.
    123
45678910
11121314151617
18192021222324
252627282930
Arxiv məqalələr
  • Yemekosfer Facebook-da 
  • Statİstİka

    Hal-hazırda yemək axtaranlar :) 1
    Qonaq sayı: 1
    İstifadəçi sayı: 0
    Copyright MyCorp © 2024
    Make a free website with uCoz