Çərşənbə axşamı, 19/Mar/2024, 06:12
Welcome Qonaq

Yemekosferlə daha dadlı olacaq!


Main » 2013 » May » 21 » Yumurtali Etli Blincik
14:50
Yumurtali Etli Blincik


Ərzaqlar:
Blinçik Üçün:
2 yumurta
1 xörək qaşığı şəkər tozu
bir çimdik duz
2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin)
1 1/5 stəkan un
2 xörək qaşığı duru yağ

İçi Üçün:
500 q çəkilmiş mal əti
1 ədəd orta boy soğan
4 eded soyutma yumurta
duz
istiot
qızartmaq üçün duru yağ

Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminən 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda sogani qizardin Əgər menim kimi kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin.en sonda suda bismis yumurtalari blenderden kecirin elave edin icliye. İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.

Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün. Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi, o biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri bir-bir bişirib bir qabda üst-üstə yığın.

Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün. İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin (yeməyin az kaloriyalı olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar). Sonra isə süfrəyə verin.
Category: Börəklər | Views: 5788 | Added by: Yemekosfer | Rating: 1.0/1
Total comments: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Adınız *:
E-mail:
Kod *:
Daxİl ol
Menudakılar :)
Sulu yeməklər [4]
Xəmir yeməkləri [4]
Ət yeməkləri [1]
Börəklər [11]
Balıq yeməkləri [0]
Toyuq yeməkləri [1]
Plovlar [5]
Salatlar [5]
Kekslər [6]
Tortlar [3]
Yararlı bilgilər [1]
Şirniyyatlar [4]
Digər [3]
AxtarIş
Təqvİm
«  May 2013  »
B.B.eÇ.aÇ.C.aC.Ş.
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Arxiv məqalələr
  • Yemekosfer Facebook-da 
  • Statİstİka

    Hal-hazırda yemək axtaranlar :) 1
    Qonaq sayı: 1
    İstifadəçi sayı: 0
    Copyright MyCorp © 2024
    Make a free website with uCoz