Yarım st. Duru yağ
Un yetəri qədər
300 qr çəkilmiş döş əti
1 baş soğan
narın xörək duzu,
Hazırlanması:
Süd,yumurta,şəkər,duru yağ qaba əlavə olunur çalınır. Yavaş-yavaş qarışıq həlim hala gələnə kimi un əlavə olunur. Hazırladığımız qarışığı 30 dəq dinlənməyə qoyuruq.Toyuğun döş əti bir baş soğanla ət çəkən maşında çəkilir və azca duru yağda bişənə kimi qovrulur.Blinçik tavası qızdırılır, yağlanır və sıra ilə blinçiklərin bir tərəfi qızardılır,bir tərəfi ağ qalır.Sonra qovurduğumuz döş ətini blinçikin qızarmış tərəfinə qoyub bükürük.Bükdüyümüz blinçikləri duru yağda qızardırıq. Və blinçiklərimiz hazırdır. Nuş olsun!